EN

Bu ölkədə müharibə 8 milyondan çox uşağı təhsildən məhrum edib

Bakı. Trend:

Sudanda müharibə 8 milyondan çox uşağı təhsildən məhrumedib.

Trend bu barədə xariciKİV-lərə istinadən xəbər verir.

Məlumata görə, bu, beynəlxalq “Save the Children” (Uşaqlarıqoruyun) təşkilatının bu gün yayılan bəyanatında qeyd olunub.Bəyanatda bildirilir ki, təhsil yaşında olan uşaqların təxminənyarısı, yəni 8 milyondan çox uşaq 484 gün ərzində dərsə getməyib.Bu, COVID-19 pandemiyası zamanı məktəblərin bağlanma müddətini beləgeridə qoyaraq dünyada ən uzunmüddətli fasilədir.

Ərazisinin böyük hissəsi Çevik Dəstək Qüvvələrinin nəzarətindəolan Darfur bölgəsi daha çox zərər çəkib. Şimali Darfur əyalətində1100-dən çox məktəbdən yalnız 3 faizi fəaliyyət göstərir. QərbiKordofan əyalətində isə hazırda məktəblərin cəmi 15 faizi işləyir,bir çox müəllim isə əməkhaqlarının verilməməsi səbəbindən işinitərk edib.

Sudan üç ildir ordu ilə Çevik Dəstək Qüvvələri arasında gedənmüharibənin ağır nəticələrini yaşayır.

Məqalədə:
Chosen
43
az.trend.az

1Sources