EN

Ərəb mətbuatında 20 Yanvar faciəsi ilə bağlı məqalələr dərc edilib (FOTO)

Bakı.Trend:

Ərəb dilində yayımlanan “agnaden”, “eltashira”, “wwnewss”,“elalmelarby”, “alharir”, “alekhbarya” və digər xəbər portallarında20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı məqalələr dərcedilib.

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri,diaspor rəhbəri, tədqiqatçı-alim Seymur Nəsirovun müəllifi olduğuyazılarda Qanlı Yanvar hadisələrinin tarixi barədə məlumat verilib.Bildirilib ki, ədalətsizliyə qarşı öz haqq səsini ucaldan dincəhalinin Sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyibu faciə yalnız Azərbaycan xalqına deyil, insanlığa qarşı törədiləncinayətdir.

Seymur Nəsirov misirli alim Şeyx Məhəmməd əl-Qəzalinin “əl-Həqqəl-Murr” (“Acı həqiqət”) kitabında xalqımıza qarşı törədilən buqırğın barədə geniş yazıldığını da diqqətə çatdırıb. Müəllifkitabda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecəazərbaycanlılara qəddarcasına divan tutulduğunu bildirib,Azərbaycan xalqının o zaman beynəlxalq ictimaiyyət tərəfindən ikilistandartlara məruz qaldığını vurğulayıb.

Soydaşımız, eyni zamanda 20 Yanvar hadisələri ilə 1919-cu ildəmüstəqillik tələb edən Misir xalqına qarşı törədilmiş qanlı faciəarasında paralellər aparıb, səbəblərinin oxşar olduğunu qeydedib.

Müəllif nəzərə çatdırıb ki, həmin ağır günlərdə ərəb ölkələri, ocümlədən Misir ictimaiyyəti Azərbaycan xalqının yanında olub.1990-cı il yanvarın 27-də misirli millət vəkili, müşavirəl-Demerdaş əl-Okali Sovet İttifaqına Misir parlamentinin etirazınıgöndərib. Xalqımızın bu həmrəyliyi heç bir zaman unutmadığıvurğulanıb.

Həmçinin 20 Yanvar hadisəsindən 36 il keçməsinə baxmayaraq,dünya birliyinin bu amansız cinayəti törədənlərin beynəlxalqsəviyyədə məsuliyyətə cəlb olunması istiqamətində hələ də əməliaddımlar atmaması diqqətə çatdırılıb.

Məqaləni ətraflı şəkildə aşağıdakı linklərdən oxumaqmümkündür:

https://wwnewss.com/الذكرى-36-للأحداث-المأساوية-في-يناير-الأ/

https://elalmelarby.com/?p=60529

https://alharir.info/121585-2/

https://alekhbarya.net/archives/347947

https://eltashira.com/archives/105034

https://beladona1.blogspot.com/2026/01/36.html

https://www.agnaden.net/?p=55952

Ərəb
Ərəb
Ərəb
Ərəb
Ərəb
Məqalədə:
Chosen
132
3
az.trend.az

4Sources