"Qalatasaray" "Trabzonspor"un istedadlı futbolçusu Krist Ulaini transfer etmək istəyir. Metbuat.az xəbər verir ki, "Trabzonspor" "Qalatasaray"ın ilkin 20 milyon avroluq təklifini rədd edib. Təklifinin artırılması nəzərdən keçirilir. Məlumata görə, "Qalatasaray" futbolçunu bu transfer dövründə heyətinə qatmaq istəyir. “HT Spor”un məlumatına görə, "Qalatasaray" Ulai üçün təklifini 25 milyon avroya qədər artıracaq və Əhməd Kutucun transfer hüquqlarını müqaviləyə daxil edəcək. Qeyd edək ki, "Trabzonspor"un Krist Ulaini mövsümün əvvəlində "Bastia"dan 5,5 milyon avroya transfer edib.