EN

Zelenski ABŞ və Rusiya ilə texniki danışıqlara gedəcək » AzadMedia.az


Ukrayna Prezidenti Vladimir Zelenski Birləşmiş Ərəb Əmirliklərində ABŞ və Rusiya ilə keçiriləcək üçtərəfli texniki danışıqlarda iştirak edəcək nümayəndə heyətini açıqlayıb. Heyətə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov, Prezident Ofisinin rəhbəri Kirill Budanov, birinci müavini Sergey Kislica, “Xalq Xidməti” partiyasının parlament fraksiyasının rəhbəri David Arahamiya və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov daxildir.
Zelenski görüşün 23 yanvar cümə günü keçiriləcəyini bildirib. Eyni gün ABŞ Prezidenti Donald Tramp Şveysariyanın Davos şəhərində Zelenski ilə görüşdən sonra Ukrayna münaqişəsinin yekunlaşdırılmasını çağırıb və görüşün “yaxşı keçdiyini” qeyd edib.
Chosen
32
1
azadmedia.az

2Sources