EN

“Qarabağ”ın müdafiəçisi Çempionlar Liqasının simvolik komandasında yer alıb

UEFA mətbuat xidməti özünün sosial media səhifəsində Çempionlar Liqasının həftənin komandasını dərc edib.

İdman.Biz bildirir ki, “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev də simvolik komandada yer alıb.

Simvolik komandanın tərkibi belədir:

Qapıçı: Konstantinos Tsolakis (“Olimpiakos”).

Müdafiəçilər: Pedro Porro (“Tottenhem”), Yosteyn Qundersen (“Bodo-Qlimt”), Vircil van Deyk (“Liverpul”), Elvin Cəfərquliyev (“Qarabağ”).

Yarımmüdafiəçilər: Kefren Türam-Yulien (“Yuventus”), Fermin Lopes (“Barselona”), Robert Navarro (“Atletik”).

Hücumçular: Culiano Simeone (“Atletiko Madrid”), Vinísius Junior (“Real Madrid”), Luis Suares (“Sportinq”).

Bu mövsüm Çempionlar Liqasının finalı Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək. Yarışın həlledici oyunu 30 may 2026-cı ildə olacaq.

İdman.Biz
Chosen
47
2
idman.biz

4Sources