Bakı. Trend:
2022-ci ilin fevral ayından bəri Ukraynadan rəsmi şəkildə xaricəgedən və geri qayıtmayan Ukrayna vətəndaşlarının sayı 3,1 milyonnəfər təşkil edib.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Ukraynanın “Opendatabot”servisi tərəfindən dərc olunan məlumatlarda qeyd olunur.
Bildirilir ki, onların ən böyük hissəsi- təxminən 2,2 milyonnəfər və ya 72 faiz 2022-ci ildə Ukraynanı tərk edərək geridönməyib.
Sonrakı illərdə ölkədən gedən və geri qayıtmayanların sayıazalıb. Belə ki, 2024 və 2025-ci illər ərzində Ukraynadan daimiolaraq ayrılan vətəndaşların sayı 733,3 min nəfər təşkil edib.