"Mançester Yunayted"lə müqaviləsi mövsümün sonunda başa çatan Kasemiro gələcəyi ilə bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi komandanı tərk edəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat verib.
33 yaşlı dayaq yarımmüdafiəçisi "qırmızı şeytanlar"la yeni müqavilə imzalamayacaq və o, yayda azad agent statusunda olacaq.
Qeyd edək ki, "Mançester Yunayted" Braziliya millisinin üzvünü 2022-ci ilin iyul ayında "Real"dan 70 milyon avroya transfer edib.
ÇL: Levandovski tarixə düşüb
"Barselona"dan antirekord
“Qarabağ”ın futbolçusu Çempionlar Liqasının tarixinə düşdü – ilk azərbaycanlı oldu
“Milan”ın futbolçusu Premyer Liqaya qayıda bilər
“Beşiktaş”dan “Braqa”ya - Rəsmi