EN

Ukrayna qışdan “sağ çıxarsa”…: Kit Kelloqdan maraqlı proqnoz

ABŞ Prezidenti Donald Trampın keçmiş xüsusi nümayəndəsi Kit Kelloq hesab edir ki, Ukrayna qışdan “sağ çıxarsa”, müharibədə üstünlük onun tərəfində olacaq.

O, bunu 21 yanvarda Davosdakı Ukrayna Evində keçirilən panel müzakirəsində bildirib. Kelloqun sözlərinə görə, Rusiyanın “böyük itkiləri” fonunda Rusiya prezidenti Vladimir Putin “bu vəziyyətdən ləyaqətlə çıxmaq” üçün bir yol axtarır, çünki “bu müharibədə qalib gəlməyəcəyini başa düşür”. “Başa düşürəm ki, bu, çətin bir qışdır. Amma səmimi qəlbdən inanıram ki, Ukrayna bu qışdan sağ çıxarsa və mart-aprel aylarına girsək, üstünlük Rusiyanın deyil, sizin, Ukraynanın tərəfində olacaq”, – Kelloq qeyd edib.

O əlavə edib ki, Putin “psixoloji cəhətdən elə bir nöqtəyə çatıb ki, o, sadəcə vəziyyətdən əl çəkə bilmir. Çünki əgər o, əl çəkərsə, bunun məğlubiyyət olduğunu, etdiyi hər şeyin uğursuz olduğunu etiraf etmiş olaacaq”.

//Samir Qurbanov, Editor.az

Chosen
85
editor.az

1Sources