EN

Bakıda 5 nəfər dəm qazından boğulubVİDEO

Bakıda 5 nəfər dəm qazından ölüb. Onlardan birinin 10 yaşı var. Hadisələr paytaxtın fərqli ünvanlarında baş verib.

Xezerxeber.az-ın məlumatına görə, 25 yaşlı Əhmədəli Əhmədzadə, 20 yaşlı Fərəc Rzayev, 14 yaşlı Əli Nəsirov, 33 yaşlı Bədəl Əzimov və 10 yaşlı Uğur Vəlizadə Bakının ayrı-ayrı ünvanlarında, müxtəlif ailələrdə, amma eyni səbəbdən dünyasını dəyişiblər. Həmin şəxslər dünəndən bu günə dəm qazından boğulanların statistikasını təşkil edir.

Hadisələr Yasamal, Binəqədi, Xəzər rayonları ərazisində baş verib. Dəm qazından ölənlərdən yaşca ən kiçiyi olan Uğur Vəlizadənin valideynləri Əfsanə və Samid Vəliyevlər Məmməd Əmin Rəsulzadə qəsəbəsi, 12-ci sıra küçəsində on ildir ki, kirayədə yaşayırmışlar. Dünən faciə baş verən gün oğulları Uğur hamam otağında su ilə oynayırmış.

Qonşular deyirlər ki, onlar nə baş verdiyini başa düşmədən Uğur keçinib.

Onların sözlərinə görə, Uğurun dəfni üçün ailəsi İmişli rayonuna yollanıb.

Onu da qeyd edək ki, faktlarla bağlı araşdırmalar aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
27
xezerxeber.az

1Sources