EN

Türkiyə və ABŞ Baş Qərargah rəisləri arasında görüş keçirilib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Türkiyə Silahlı Qüvvələri Türkiyə və ABŞ ordularının ali hərbi rəhbərləri arasında mühüm görüşün baş tutduğunu açıqlayıb.

TurkicWorld xəbər verir ki, Türkiyə Respublikası Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlu NATO Hərbi Komitəsinin Baş Qərargah rəislərinin toplantısı çərçivəsində ABŞ Baş Qərargah rəisi ordu generalı Con Daniel Keyn ilə ikitərəfli görüş keçirib. Görüş zamanı Türkiyə–ABŞ hərbi münasibətləri, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Baş Qərargahın yaydığı məlumatda bildirilib ki, tərəflər qarşılıqlı əməkdaşlığın mövcud vəziyyətini dəyərləndirib, regional proseslər fonunda hərbi koordinasiyanın əhəmiyyətini vurğulayıblar. Görüşə dair fotoşəkillər də rəsmi mənbələr tərəfindən paylaşılıb.

Chosen
20
turkic.world

1Sources