EN

Gümüşün qiyməti tarixi maksimumu yeniləyib

Bakı. Trend:

2026-cı ilin mart ayında təhvil veriləcək gümüş fyuçersininqiyməti Nyu-York “Comex” birjasında tarixi maksimumu yeniləyərəkbir troya unsiyası üçün 96 ABŞ dollarını ötüb.

Trend xəbər verirki, bunu ticarət məlumatları təsdiq edir.

Bakı vaxtı ilə saat 21:51-ə olan məlumata əsasən, qiymətlimetalın dəyəri 3,73% artaraq bir troya unsiyası üçün 96,09 ABŞdollarına çatıb. Saat 22:00-da isə gümüşün qiyməti artım tempinizəiflədərək 95,86 ABŞ dollarına (+3,48%) enib.

Qızıl fyuçersləri də bahalaşıb. Belə ki, “Comex” birjasındaqızıl fyuçersinin qiyməti 0,88% artaraq bir troya unsiyası üçün 4879,9 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, 2026-cı ilin yanvar ayının əvvəlindən bu günədəkgümüş fyuçersinin qiyməti ümumilikdə 35,5% yüksəlib.

Chosen
81
7
az.trend.az

10Sources