EN

Uitkoffun təyyarəsi Moskvaya enib

ABŞ prezidentinin xüsusi nümayəndəsi Rusiya paytaxtına səfər edib...

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun olduğu təyyarə Moskvaya eniş edib.

Poliqon xəbər verir ki, bu barədə "RİA Novosti" Agentliyi məlumat yayıb. Bildirilib ki, hava gəmisi Moskva vaxtı ilə saat 22:35 radələrində paytaxtın Vnukovo hava limanına enib.

Məlumata görə, Stiven Uitkoffun göyərtəsində olduğu təyyarə İsveçrənin Sürix şəhərindən yerli vaxtla saat 17:47-də (Bakı vaxtı ilə 20:47) havaya qalxaraq Rusiya paytaxtına istiqamət alıb. Uitkoff bundan əvvəl Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda iştirak edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Stiven Uitkoff və amerikalı sahibkar Cared Kuşnerlə görüşü Moskva vaxtı ilə gecə saatlarında planlaşdırılıb. Görüşün gündəliyi və müzakirə olunacaq mövzular açıqlanmayıb, lakin səfər beynəlxalq gündəmin aktual məsələləri fonunda diqqət mərkəzindədir.

Xatırladaq ki, yanvarın 22-də Ukrayna prezidenti Vladimir Zelenski Rusiya və ABŞ nümayəndələrinin iştirakı ilə Birləşmiş Ərəb Əmirliklərində üçtərəfli görüşün keçiriləcəyini elan edib. Onun sözlərinə görə, həmin görüş yanvarın 23-nə planlaşdırılıb. Bu açıqlama beynəlxalq ictimaiyyətdə mümkün diplomatik təmaslarla bağlı gözləntiləri artırıb.

Poliqon.info

Chosen
98
poliqon.info

1Sources