EN

NATO təlimlərində BİABIRÇILIQ: Finlərə “Amerikalılara uduzun” DEYİLDİ

NATO təlimlərində qalmaqal baş verib: Finlərə “ABŞ əsgərlərinə uduzun” tapşırığı verilib.

İnterpress.az xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.

Norveçin şimalında keçirilən NATO-nun “Joint Viking” hərbi təlimləri zamanı amerikalı hərbçilər ciddi çətinliklərlə üzləşiblər.

Manevrlərin təşkilatçıları şərti düşmən rolunu oynayan Finlandiyanın ehtiyatda olan hərbçilərinə müraciət edərək, ABŞ əsgərlərinə qarşı “yumşaq davranmağı” və onlara “uduzmağı” xahiş ediblər.

Finlərə amerikalılara qalib gəlməyi dayandırmaları tapşırılıb. Təşkilatçılar bunu onunla əsaslandırıblar ki, amerikalıların davamlı məğlubiyyəti onlar üçün alçaldıcıdır və ABŞ hərbçilərinə ruhdan salıcı təsir göstərir.

Xuraman Etibarlı

İnterpress.az


Chosen
36
interpress.az

1Sources