EN

Pilotların son sözləri ÖLÜM SİRRİNİ açdı – Təyyarə qəzasının dəhşətli həqiqəti

12 noyabr 2001-ci ildə ABŞ-ın Nyu-York şəhərində baş verən dəhşətli aviasiya faciəsi illər sonra belə yaddaşlardan silinmir. Con Kennedi Beynəlxalq Hava Limanından Dominikan Respublikasına yola düşən “American Airlines” şirkətinə məxsus 587 saylı reys qalxdıqdan cəmi bir neçə dəqiqə sonra qəzaya uğrayıb.

"Yeni Sabah" bildirir ki, Airbus A300-600 tipli təyyarənin göyərtəsində 251 sərnişin və 9 ekipaj üzvü olub. Qəza nəticəsində təyyarədə olanların hamısı, eləcə də yerdə olan 5 nəfər həyatını itirib. Beləliklə, faciə ümumilikdə 265 nəfərin ölümü ilə nəticələnib.

Havada başlayan PANİKA

Təyyarə havaya qalxdıqdan dərhal sonra kabinədə qeyri-adi vəziyyət yaranıb. Qarşıda uçan başqa bir təyyarənin yaratdığı turbulentlik güclü silkələnməyə səbəb olub. Bundan sonra idarəetmə sürətlə pisləşib və vəziyyət bir anda nəzarətdən çıxıb.

Cəmi 3 dəqiqədən az vaxt keçdikdən sonra təyyarə Nyu-Yorkun Kvins bölgəsində yerləşən Bell Harbor yaşayış məhəlləsinə çırpılıb. Hadisə anbaan qorxu və xaos yaradıb.

İstintaq NƏYİ ORTAYA ÇIXARDI?

Aparılan araşdırmalar göstərib ki, qəzanın əsas səbəbi təyyarənin sabitliyini təmin edən şaquli stabilizatorun qırılması olub. Mütəxəssislərin rəyinə görə, pilotun turbulentliyə cavab olaraq sükan pedalını həddindən artıq və qəfil basması bu fəlakətli nəticəyə gətirib çıxarıb.

Stabilizatorun itirilməsi ilə təyyarənin idarə olunması tamamilə mümkünsüz hala gəlib və ekipajın təyyarəni xilas etmək üçün heç bir şansı qalmayıb.

Kokpitdə SON SANİYƏLƏR

Qara qutuya yazılan səs qeydləri 42 yaşlı kapitan Edvard Steys və 34 yaşlı birinci pilot Sten Molin arasında gərgin dialoqu üzə çıxarıb. Pilotların son anlara qədər təyyarəni xilas etməyə çalışdıqları, qısa və sərt əmrlər verdikləri, saniyələr sonra isə rabitənin qəfil kəsildiyi eşidilir.

Bu səs yazıları aviasiya tarixinin ən ürəkparçalayan son sözləri kimi yadda qalıb./Sfera.az


Telegram kanalımız
Chosen
101
yenisabah.az

1Sources