EN

“Roma” evdə “Ştutqart”ı məğlub etdi, “Selta” "Lill"ə qalib gəldi

Avropa Liqasının VII turu çərçivəsində “Roma” öz meydanında “Ştutqart”ı qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, hər iki komanda müsbət nəticə qazanmaq üçün şanslar əldə etsə də, görüşün taleyini ilk hissənin sonlarında “canavarlar”ın qollu hücumu həll edib.

Matias Sule sağ cinahdan irəliləyən Nikolo Pizilliyə ötürmə verib. Pizilli sağ kənardan uzaq yuxarı küncə dəqiq zərbə endirərək hesabı açıb – 1:0. O, matçın sonlarına yaxın daha bir dəfə fərqlənərək görüşdə son nöqtəni qoyub – 2:0.

Digər oyunda “Selta” evdə “Lill”i məğlub etməyi bacarıb. Matçın ilk dəqiqəsində Alesandro Ribeironun öz cərimə meydançası yaxınlığında yol verdiyi kobud səhv sürətli qolla nəticələnib. “Lill”in müdafiəçisi topu Borxa İqlesiasa hədiyyə edib, daha sonra Yaqo Aspas topu bir qədər sola – Villiyot Svedberqə ötürüb və isveçli futbolçu boş qapını dəqiq nişan alıb.

İkinci hissədə Migel Roman sağ cinahdan künc zərbəsini yerinə yetirib, Karl Starfelt isə yaxın dirəkdən sekişən topu başla qapıya göndərib – 2:0.

Matçın sonlarında Soriba Dyaune sol cinahdan cərimə meydançasına ötürmə edib, Olivye Jiru isə topu, sanki oyunu dayandırmış Markos Alonsonun ayağından rikoşetlə tora göndərib – 2:1.

Qeyd edək ki, “Selta” 29-cu dəqiqədən etibarən Huqo Sotelonun qırmızı vərəqə alması səbəbindən oyunu azlıqda davam etdirib.

Chosen
29
90deqiqe.az

1Sources