EN

Belçikada F-35 təyyarələrinin alınması mübahisələrə səbəb olub

Bakı. Trend:

Belçikada ABŞ istehsalı olan F-35 qırıcı təyyarələrinin alınmasıilə bağlı qərar siyasi mübahisələrə yol açıb.

Trend xəbər verirki, hökumətin müdafiə xərclərini artırmaq çərçivəsində 11 yeni F-35təyyarəsi almaq planı bir qrup belçikalı deputatın etirazına səbəbolub və onlar bu alışın ləğvi üçün parlamentə qətnamə layihəsitəqdim ediblər.

Belçika hökuməti ötən ilin iyul ayında iqtisadiyyat nazirivasitəsilə donanmadakı döyüş təyyarələrinin sayını artırmaqməqsədilə ABŞ-dan əlavə 11 ədəd F-35 qırıcısının alınacağınıaçıqlamışdı. Lakin yanvarın 19-da Belçika Əmək Partiyasının (PTB)deputatları bu qərara qarşı çıxaraq alışın dayandırılmasını tələbedən qətnamə layihəsi irəli sürüblər.

Qətnamə müəllifləri proqramın yüksək maliyyətini, F-35təyyarələrinin texniki problemlərini və Belçikanın ABŞ-dan artanasılılığını tənqid edirlər. Deputatlar hesab edirlər ki, təxminən1,67 milyard avro dəyərində olan bu müqavilə əvəzinə 40 ibtidaiməktəb tikmək, 10 min uşaq bağçası yeri yaratmaq və ya müasir birxəstəxana inşa etmək mümkün olardı. Onların əsas narahatlığıölkənin müdafiə sahəsində ABŞ-dan asılı vəziyyətə düşməsidir.Deputatların fikrincə, F-35 təyyarələrində istifadə olunan bəzixüsusi sistemlər Belçikanın suverenliyi və məlumat təhlükəsizliyibaxımından risklər yarada bilər.

Qeyd edək ki, Belçika artıq 2018-ci ilin oktyabrında F-16təyyarələrini əvəz etmək məqsədilə 34 ədəd F-35 qırıcısı almaqqərarına gəlib. Sonrakı addım olaraq 11 yeni təyyarənin sifarişigündəmə gəlib. Mövcud prosedurların mürəkkəbliyi və eyni tiplidonanmanın saxlanmasının təlim və texniki xidmət baxımından dahaməqsədəuyğun olması səbəbindən hökumətin bu qərardan geriçəkiləcəyi ehtimalı az görünür.

Chosen
65
2
az.trend.az

3Sources