EN

“Neftçi”gürcü vingerlə 1 illik müqavilə imzaladı - FOTO

Azərbaycanda "Sabah" və "Kəpəz"də oynamış Mixeil Erqemlidzenin yeni klubu bəlli olub.

Sportinfo.az xəbər verir ki, gürcüstanlı vinger karyerasını Qırğızıstanda davam etdirəcək.

26 yaşlı futbolçu bu ölkədə “Neftçi”yə keçib. Onunla bir illik müqavilə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Erqemlidze 2021-2022 mövsümündə “Sabah”a çıxış edib.

“Kəpəz”də də icarə əsasında oynamış gürcüstanlı futbolçuAzərbaycanı tərk etdikdən sonra “Brera”(Şimali Makedoniya”), “Betlemi” (Gürcüstan), “Kirivonq”(Kamboca), “Tauras”(Litva) və “Varnsdorf”(Çexiya) klublarında oynayıb.

Chosen
91
sportinfo.az

1Sources