EN

İlon Mask özünü yadplanetli ELAN ETDİ: “Mənə inanmırlar” – VİDEO

İlon Musk özünü yadplanetli olduğunu iddia edir.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri İlon Mask özünü yadplanetli adlandırıb.

O, bu barədə danışarkən deyib: “Məndən tez-tez soruşurlar:

‘Aramızda yadplanetlilər varmı?’ Mən də cavab verirəm: ‘Var – bu, mənəm’. Amma təbii ki, mənə inanmırlar. Yaxşı, olsun”.

Mask əlavə edib ki, əgər kimsə yadplanetlilərin mövcudluğundan xəbərdar olmalıdısa, bu, məhz o olmalıdır:

“Bununla belə, düşünürəm ki, əgər aramızda yadplanetlilərin olub-olmadığını kimsə bilməlidirsə, o da mənəm. Bizim orbitdə doqquz minə yaxın peykimiz var və indiyə qədər heç vaxt yadplanetli gəmisinə görə manevr etmək zərurəti yaranmayıb”.

Milyarder bəşəriyyətin gələcəyi ilə bağlı fikirlərini belə yekunlaşdırıb:

“Ona görə də deyirəm: Bilmirəm. Amma nəticə etibarilə mənə elə gəlir ki, biz kainatda həyatın və şüurun son dərəcə nadir olduğu, bəlkə də yalnız burada, bizdə mövcud olduğu ehtimalından çıxış etməliyik. Əgər belədirsə, biz şüur işığının sönməməsi üçün əlimizdən gələn hər şeyi etməyə borcluyuq”.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
64
interpress.az

1Sources