EN

Pakistandan ACI XƏBƏR

Pakistanın Kəraçi şəhərindəki "Gul Plaza" ticarət mərkəzinin binasında baş verən yanğında ölənlərin sayı 67 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu barədə "Geo" telekanalı yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.

Qeyd edək ki, yanvarın 17-də axşam Kəraçidə yerləşən ticarət kompleksinin birinci mərtəbəsində yanğın baş verib. Yanğını 33 saatdan sonra söndürmək mümkün olub.

Əvvəlcə 60 nəfərin həlak olduğu bildirilirdi. Həkimlərin sözlərinə görə, hazırda faciə qurbanlarından 15-nin şəxsiyyəti müəyyən edilib. Hadisə yerində axtarış-xilasetmə işləri davam edir. Dağıntılar altında 80-dən çox insanın qala biləcəyi ehtimal olunur.

Chosen
41
publika.az

1Sources