EN

Premyer Liqa klubunda yeni məşqçi təyinatı gerçəkləşdi - RƏSMİ

Baş məşqçi Andrey Demçenkonun istəyi ilə “Araz-Naxçıvan”ın məşqçilər korpusuna yeni mütəxəssis dəvət olunub.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 39 yaşlı Yevgen Pisotski məşqçi kimi komandaya kömək edəcək.

Ukraynalı mütəxəssislə 5 ay + 1 il müddətini əhatə edən müqavilə imzalanıb.

Mməşqçilər korpusunda Y. Pisotskiyə qədər Rikkardo De Vivo, Vadar Nuriyev, Əfran İsmayılov və Cəmaləddin Əliyev yer alırdı.

Chosen
37
sportinfo.az

1Sources