EN

Zelenski: Ukrayna Davosda yeni HHM sistemləri ilə bağlı razılaşmalar əldə edib

Ukrayna nümayəndə heyəti Davosda keçirilən Dünya İqtisadi Forumundan ölkə üçün yeni hava hücumundan müdafiə (HHM) vasitələrinin tədarükünə dair razılaşmalarla qayıdıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb.

Onun sözlərinə görə, Davosda Ukraynaya dəstək, xüsusilə də ölkənin hava hücumundan müdafiəsinin gücləndirilməsi məsələləri müzakirə olunub.

“Davos. Ukraynaya dəstək. Ukrayna üçün HHM. Ukrayna naminə görüşlər. Biz insanlarımızı qorumaq üçün zəruri olan yeni HHM vasitələri paketinə dair razılaşmalarla vətənə qayıdırıq”, – deyə Zelenski qeyd edib.

Prezident razılaşmaların detalları barədə əlavə məlumat verməyib.

Chosen
50
1
apa.az

2Sources