EN

Belçika Trampın “Sülh Şurası”na qoşulmayıb

BAKI, 23 yanvar. TELEQRAF

Belçikanın ABŞ Prezidenti Donald Tramp tərəfindən Qəzza ilə bağlı yaradılan “Sülh Şurası”na qoşulması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Teleqraf xəbər verir ki, bunu Belçikanın xarici işlər naziri Maksim Prevo açıqlayıb.

Nazir bildirib ki, Belçika krallığı sözügedən qurumun nizamnaməsini imzalamayıb. Onun sözlərinə görə, rəsmi Brüssel bu məsələdə Avropanın vahid və koordinasiyalı mövqeyinin formalaşmasını vacib hesab edir:

“Bu iddia yanlışdır. Biz Avropa tərəfindən ümumi və uzlaşdırılmış cavabın verilməsini istəyirik. Bir çox Avropa ölkəsində olduğu kimi, bizim də bu təkliflə bağlı iradlarımız var”, – deyə Prevo "X" hesabında yazıb.

Chosen
71
teleqraf.com

1Sources