EN

Maçado çox gözəl qadındır və çətin bir yol keçib - Tramp

BAKI, 23 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Venesuela müxalifətinin nümayəndəsi Maria Korina Maçado ilə telefon danışığı apardığını açıqlayıb.

Teleqraf xəbər verir ki, Tramp bu barədə jurnalistlərlə söhbətində, İsveçrənin Davos şəhərindən Vaşinqtona qayıdarkən təyyarədə olarkən danışıb.

ABŞ prezidenti Venesueladakı vəziyyəti şərh edərkən bildirib ki, hazırda ölkəyə rəhbərlik edən Del­si Rodrigez dövləti inamla idarə edir. O, həmçinin Maçado haqqında müsbət fikirlər səsləndirib:

“Bu gün Mariya ilə də danışdım, onu çox bəyənirəm. O, çox gözəl qadındır və çətin bir yol keçib”, - deyə Tramp qeyd edib.

Ağ Evin rəhbəri vurğulayıb ki, Venesuelanın indiki rəhbərliyi öz işinin öhdəsindən yaxşı gəlir.

“Mən hər iki tərəflə normal münasibətlər saxlayıram. Hamı ilə yola gedirəm, mediadan başqa”, - deyə Tramp əlavə edib.

Chosen
103
teleqraf.com

1Sources