EN

Kazemiro “Mançester Yunayted”dən ayrılır

Bakı. Trend:

İngiltərə təmsilçisi “Mançester Yunayted” yarımmüdafiəçisiKazemironun yayadək olan müqaviləsinin başa çatdıqdan sonrakomandadan ayrılacağını açıqlayıb.

Trend xəbər verirki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı futbolçu “qırmızı şeytanlar”ın heyətində dörd mövsümçıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 146 oyunda 21qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Kazemiro“Mançester Yunayted”lə birlikdə FA Kubokunu və Liqa Kubokunuqazanıb.

Qeyd edək ki, Kazemiro karyerası ərzində “Mançester Yunayted”dənəvvəl “Real” (Madrid, İspaniya), “Portu” (Portuqaliya) və “SanPaulu” (Braziliya) klublarında da çıxış edib.

Chosen
93
az.trend.az

1Sources