Güləşçi Sergey Şumilov Ukraynanın ərazi bütövlüyünü müdafiə edərkən həlak olub. Onun 31 yaşı var idi.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Yunan-Roma Güləşi Federasiyası “Facebook” səhifəsində məlumat verib.
Sergey Şumilov Yunan-Roma güləşi üzrə Nikolayev 1 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin yetirməsidir, Nikolayev Hərbi Bədən Tərbiyəsi Universitetinin məzunu olub.
Güləşçi dəfələrlə ölkə və beynəlxalq yarışların çempionu, mükafatçısı olub. İdman ustalığına namizəd idi.