EN

ABŞ və Ukrayna Rusiyaya bunu təklif edəcək FT

Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ və Ukrayna müharibənin gərginliyini azaltmaq üçün daha geniş səylərin bir hissəsi olaraq Rusiyaya məhdud enerji atəşkəsi təklif etməyi müzakirə ediblər.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.

“Bu ideyaya əsasən, Rusiya Ukraynanın enerji infrastrukturuna - elektrik stansiyalarına, istilik sistemlərinə və su qurğularına hava hücumlarını dayandıracaq. Bunun müqabilində Ukrayna da Rusiya neft emalı zavodlarına və Rusiyanın "kölgə donanmasına" hücumları dayandıracaq.

Vladimir Putinin razılaşmaq ehtimalı azdır, çünki Ukraynanın enerji şəbəkələrinə zərbələr Kreml tərəfindən, xüsusən də qışda əsas təzyiq və təsir mənbəyi kimi qəbul edilir.

Ukraynanın da öz tərəddüdləri var. Kiyevin uzaqmənzilli dronlarla həyata keçirdiyi hücumlar Rusiyanın neft və qaz obyektlərini uğurla hədəf alır. Son vaxtlar Qara dəniz və Aralıq dənizindəki neft tankerlərinə də zərbələr endirilir. Ukrayna rəsmiləri hesab edirlər ki, bu hücumlar Rusiyanın müharibəni maliyyələşdirmək və davam etdirmək imkanlarını birbaşa zəiflədir”, - məlumatda bildirilib.

Qeyd edək ki, yanvarın 22-də Ukrayna və ABŞ prezidentləri - Vladimir Zelenski və Donald Tramp arasında görüş baş tutub. Yanvarın 23-də isə, BƏƏ-də Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüş keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
60
axar.az

1Sources