Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Finlandiyada avtomobil mexanikinin pişiyinin ölümündən sonra yaşadığı kədər səbəbindən xəstəlik məzuniyyətinə çıxdığı bildirilib.
Oxu.Az xəbər verir ki, məlumatı "Bild" nəşri yerli KİV-ə istinadən yayıb.
Nəşr qeyd edir ki, işəgötürən bu səbəbi əsaslı hesab etməyib və işçiyə ultimatum verib: işə qayıtmaq və ya işdən çıxarılmaq. Qorxu və stres səbəbindən işçi iş növbəsinə çıxıb, lakin müəyyən səbəblərdən işdən yayındığı üçün nəticədə işdən çıxarılıb.
Bundan sonra, kişi məhkəməyə müraciət edib. Hakim onun haqlı olduğuna qərar verib və şirkəti qanunsuz işdən çıxarma və mənəvi ziyana görə 40 000 avrodan çox kompensasiya ödəməyə məcbur edib.
Lakin iddiaçı məhkəmə qərarından əvvəl vəfat edib. Nəşr bildirir ki, 40 000 avro məbləğində vəsait onun mirasına daxil edilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.