EN

Vens: ABŞ Qrenlandiyanın resurslarına hüquq əldə etməlidir

BAKI, 23 yanvar. TELEQRAF

ABŞ Qrenlandiyanın təhlükəsizliyini təmin etdiyi üçün adanın təbii resurslarına hüquq əldə etməlidir. Bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib.

Teleqraf xəbər verir ki, Vens bunu "Newsmax" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ qoruduğu, zəngin mineral və digər resurslara malik ərazinin sərvətlərində paya sahib olmağı istəyir.

Vens qeyd edib ki, Qrenlandiyanın təhlükəsizliyini Danimarka deyil, məhz ABŞ-nin gücü təmin edir. O vurğulayıb ki, bu məsələ milli təhlükəsizlik baxımından xüsusi əhəmiyyət daşıyır.

“Əgər başqa bir ölkə ABŞ-yə doğru qitələrarası ballistik raket buraxsa, Arktikaya nəzarət olmadan raketdən müdafiə sistemimiz ciddi şəkildə sarsıla bilər”, – deyə vitse-prezident bildirib.

O əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp Qrenlandiya ilə bağlı mümkün razılaşmanın detalları üzərində işləyir.

Chosen
52
teleqraf.com

1Sources