EN

Oğlunu döyən, eks-arvadına əzab verən şəxs: “Onun sərbəst və azad yaşamasına maneçilik törətdiyimi gördü...”

Ali Məhkəmədə qəsdən sağlamlığa yüngül zərər vurmada, əzab vermədə və zorlamada təqsirləndirilən İlqar Qafarovun (ad, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayətinin bəzi detalları məlum olub.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.
 

İttiham aktına əsasən, İlqar Qafarov 15 sentyabr 2023-cü il tarixdə, təxminən saat 13:00 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən nömrəsiz fərdi evdə aralarında yaranmış mübahisə zamanı 2013-cü il təvəllüdlü oğlu – zərərçəkmiş N.N.-i (ad, soyadı şərtidir) qəsdən zərbə vurub. Nəticədə azyaşlıya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, yüngül dərəcəli bədən xəsarəti hesab edilən sağ tərəfli travmatik perforativ xəsarəti yetirilib. Bununla da o, oğlunun sağlamlığına qəsdən yüngül zərər vurub.

İş materiallarından müəyyən edilib ki, İlqar 2023-cü ilin sentyabr, oktyabr və noyabr aylarında yaşadığı həmin ünvanda boşandığı həyat yoldaşı, zərərçəkmiş M.M.-ə (ad, soyadı şərtidir) qarşı da mütəmadi zorakı hərəkətlər törədib. Belə ki, o, qadımı dəfələrlə döyməklə və digər zorakı hərəkətlərlə ona güclü fiziki ağrı və psixi iztirablar verib. Bu hərəkətlər nəticəsində zərərçəkmiş şəxsə sağlamlığa zərər vurmayan, lakin çoxsaylı xəsarətlər – sol bazu və sağ budun qançırları, sağ bazu və hər iki bud nahiyəsinin qançırları, sağ diz nahiyəsinin sıyrığı, sol baldırın və sağ baldırın qançırları yetirilib.

Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən olunub ki, İlqar 21 noyabr 2023-cü il tarixdə, təxminən saat 09:00 radələrində yaşadığı evdə qadının əllərindən, ayaqlarından və bədəninin müxtəlif nahiyələrindən tutaraq müqavimətini zəiflədib. Bu zaman zərərçəkmiş şəxsə sağlamlığa zərər vurmayan xəsarətlər – sol bazu, sol baldır və sol süd vəzisinin qançırları yetirilib, ardınca zor tətbiq etməklə onunla cinsi əlaqədə olunub. Sözügedən əməllər qanuni nümayəndənin zorlanması kimi qiymətləndirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib. Qərardan sonra məhkum kassasiya şikayəti ilə çıxış edərək Bakı Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsini və iş üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş edib.


Məhkum kassasiya şikayətində bildirib ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Onun arqumentlərinə görə, o, keçmiş arvadının sərbəst yaşamasına maneçilik törədib, həmçinin ona məxsus fərdi yaşayış evini ələ keçirmək məqsədilə onu həbs etdirməyi planlaşdırıb.
 

Şikayətçinin məlumatına görə, əvvəlcə kiçik oğlu, zərərçəkmiş N.N. döyüldüyünü iddia edib və bu səbəbdən 2023-cü ildə CM-in 128-ci maddəsi ilə cinayət işi başlanıb. Daha sonra isə M.M. tərəfindən ona qarşı əzab verilməsi barədə polis orqanlarına həqiqətə uyğun olmayan ərizə təqdim edib. 29 noyabr 2023-cü il tarixdə məhkəmə işində əməllər CM-in 128 və 133.1-ci maddələrinə tövsif olunaraq, həmin gün şübhəli şəxs qismində saxlanılıb.

Ali Məhkəmənin qərarına əsasən, kassasiya şikayəti qismən təmin edilib, Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub və cinayət işi yeni apellyasiya baxışına təyin edilib.


Kamal Məmmədov 


Tarix: 23 Yanvar 2026, 08:48   
Chosen
43
pravda.az

1Sources