EN

Keçən il motosiklet və moped qəzalarında 12 nəfər ölüb

BAKI, 23 yanvar. TELEQRAF

Ötən il ərzində respublika yollarında motosiklet və moped sürücülərinin təqsiri ucbatından ölüm və xəsarətlə nəticələnən 43 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polis İdarəsinin məlumatında qeyd edilib.

Həmin hadisələr nəticəsində 12 nəfər həyatını itirib, 36 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanıb.

Statistik göstəricilər bu kateqoriyaya aid nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzaların əksər hallarda ağır nəticələrlə müşayiət olunduğunu açıq şəkildə göstərir.

Chosen
85
3
teleqraf.com

10Sources