EN

Niyaməddin Musayevin qızı Qumralın icazəsiz oxuduğu mahnını sildirib?

Müğənni Təranənin qızı Qumral dəyərli sənətkar Niyaməddin Musayevin “Dünya sənin, dünya mənim” mahnısını ifa etdiyini və ifasının silindiyini bildirib.

News365.az xəbər verir ki, Qumralın sözlərinə görə, 5–6 gün əvvəl fərqli tərzdə səsləndirdiyi ifanı bu gün dinləmək istəyərkən artıq platformadan silindiyini görüb. Bu vəziyyət sənətçidə narazılıq yaradıb:

“Həqiqətən insan çox pis olur. Bu, Niyaməddin Musayevin imzasıdır. Hamı bu mahnını oxuyub, bir mənmi batdım gözünüzə?”

Məsələ ilə bağlı Xalq artisti Niyaməddin Musayev də açıqlama verib. O bildirib ki, ifanın silinməsindən xəbəri olmayıb və bu barədə yalnız indi məlumat alıb.

Chosen
10
news365.az

1Sources