EN

Azərbaycan Premyer Liqası: “Neftçi” - “Zirə”yə qarşı

Bu gün Misli Premyer Liqasında 17-ci turun ikinci oyunu “Neftçi” “Zirə” arasında baş tutacaq.

İdman.Biz xəbər verir ki, saat 19:00-da start götürəcək turun mərkəzi qarşılaşmasını Fərid Hacıyev idarə edəcək.

Meydan sahibləri 20 xalla səkkizinci, qonaqlar 28 xalla üçüncü yerdədir.

Misli Premyer Liqası
İkinci dövrə, 17-ci tur
23 yanvar (cümə)
19:00. “Neftçi” - “Zirə”

Hakimlər: Fərid Hacıyev, Cəmil Quliyev, Asiman Əzizli, Kamran Əliyev
VAR: Rauf Cabarov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Emin Cəfərov
“Palms Sports Arena”

Qeyd edək ki, tura yanvarın 25-də yekun vurulacaq.

İdman.Biz
Məqalədə:
Chosen
30
1
idman.biz

2Sources