EN

Bu rayonda ev partladı

Bakupost saytından alınan məlumata görə, ain.az bildirir.

Şəki rayonunda evdə partlayış hadisəsi baş verib.

Bakupost.az Oxu.Az-a istinadla xəbər verir ki, hadisə rayonun Baş Zəyzid kəndində qeydə alınıb.

Gecə saatlarında kənd sakini Əhməd Soltanova məxsus evin zirzəmisində partlayış olub. Hadisə nəticəsində xəsarət alan olmasa da, evə ciddi ziyan dəyib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb ediliblər. Hadisənin qaz sızmasından baş verdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

1Sources