EN

ABŞ İrana hərbi təzyiqi ARTIRIR

Ajans.az Müstəqil Fars-a istinadən xəbər verir ki , USS Abraham Lincoln təyyarədaşıyan gəmisi və bir neçə idarəolunan raket esminesi yaxın günlərdə Fars körfəzinə daxil olacaq. Ağ Ev rəhbəri bu addımı “nəhəng donanmanın yerləşdirilməsi” kimi xarakterizə edib. Prezident Tramp Tehrana ünvanladığı növbəti xəbərdarlıqda İran hakimiyyətini etiraz aksiyalarının zorakılıqla yatırılmasından çəkinməyə və nüvə proqramını davam etdirməməyə çağırıb.

İranın Ali Lideri Əli Xameneinin devrilməsi və ya ölkədən uzaqlaşdırılması ehtimalı ilə bağlı sualı cavablandıran Tramp detallara varmaqdan imtina edib. O vurğulayıb ki, İran “ABŞ-ın nə istədiyini yaxşı bilir”.

Chosen
16
Ajans.az

1Sources