EN

Tramp-Rutte razılaşması ABŞ-nin Qrenlandiyada raket yerləşdirməsini əhatə edir - Bloomberg

ABŞ Prezidenti Donald Tramp və NATO-nun Baş katibi Mark Rutte tərəfindən müzakirə edilən razılaşma, Amerika raketlərinin Qrenlandiyada yerləşdirilməsini, eləcə də Vaşinqtonun adada mineral hasilatı hüququnu təmin edir.

Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Adı çəkilməyən bir Avropa rəsmisi agentliyə bildirib ki, Trampın Davosda keçirilən Dünya İqtisadi Forumunda Rutte ilə görüşündən sonra elan etdiyi çərçivə sazişi Amerika raketlərinin yerləşdirilməsi, Çin təsirinin qarşısını almaq üçün mədən hüquqlarının verilməsi, eləcə də, Qrenlandiyada NATO-nun gücləndirilmiş iştirakını əhatə edir.

Başqa bir mənbəyə görə, bu razılaşmaların həyata keçirilməsi Amerika liderinin Avropa ölkələrinə tarif tətbiq etməmək vədinə əməl edib-etməməsindən asılıdır.

Həmçinin qeyd olunub ki, Tramp və Rutte arasında danışıqlar zamanı adanın suverenliyi məsələsi qaldırılmayıb.

İlahə Qənbərli

Missiya.Az

Chosen
77
missiya.az

1Sources