Azərbaycan Basketbol Liqasında XIV turun daha iki oyunu bu gün baş tutacaq.
Günün ilk qarşılaşması Qubada keçiriləcək. Yerli “Quba” komandası “Lənkəran”ı Quba Olimpiya Kompleksində qəbul edəcək. Matç saat 15:00-da başlayacaq.
Günün ikinci oyununda “Sərhədçi” komandası “Naxçıvan”la üz-üzə gələcək. Qarşılaşma “Sərhədçi” İdman Mərkəzində, saat 20:00-da start götürəcək.
Turnir cədvəli:
“Naxçıvan” B qrupunda 23 xalla 2-ci pillədə qərarlaşıb.
“Quba”, “Lənkəran” və “Sərhədçi” komandaları 17 xalla 4–6-cı yerləri bölüşdürür.