EN

Tramp NATO-nu ABŞ sərhədlərini qorumağa çağırıb

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp qanunsuz miqrantların cənubdan ölkəhüdudlarına daxil olmasının qarşısını almaq üçün NATO-nun kollektivmüdafiə haqda nizamnaməsinin müvafiq müddəasına istinad edərəkalyans qüvvələrini sınaqdan keçirməyi təklif edib.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə o öz "Truth Social" sosialşəbəkəsində yazıb.

Onun sözlərinə görə, NATO-nun cəlb edilməsi sərhəd patrulununçox sayda əməkdaşını digər vəzifələr üçün azad etməyə imkanverəcək.

Eyni zamanda “Fox Business” telekanalına müsahibəsində Trampbildirib ki, ABŞ bu vaxta qədər heç vaxt NATO-ya ehtiyac duymayıbvə alyansdan ciddi şəkildə heç nə tələb etməyib.

Yanvarın 20-də Ağ Evin rəhbəri bəyan edib ki, onun NATO-yaverdiyi töhfə olmasaydı, bu gün alyans mövcud olmazdı. Bununlayanaşı, o vurğulayıb ki, NATO üçün Prezident Trampdan daha çox işgörən nə bir insan, nə də bir prezident olub.

Məqalədə:
Chosen
119
az.trend.az

1Sources