
Ötən ilin dekabr ayında Avropada TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə təbii qazın orta nəğd bazar qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 9,48 ABŞ dolları səviyyəsində olub.
Bu barədə “APA-Economics” Qaz İxrac edən Ölkələr Forumunun (Gas Exporting Countries Forum - GECF) hesabatına istinadən xəbər verir.
Belə ki, dekabrda Avropada qazın qiyməti aylıq müqayisədə 8%, illik müqayisədə isə 31% azalıb.
Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.
Qeyd edək ki, indiyədək TAP vasitəsilə Avropaya 54 mlrd. Kubmetrdən artıq qaz nəql olunub.