EN

Milli Məclisdə Azərbaycan dilinin vəziyyətinə dair dinləmə keçiriləcək

Milli Məclisdə "Azərbaycan dili-milli suverenlik və insan hüquqlarının ayrılmaz tərkib hissəsi kimi - xarici dövlətlərdə Azərbaycan dilinin vəziyyətinə dair" ictimai dinləmə keçiriləcək.

SİA xəbər verir ki, bu, parlamentin İnsan hüquqları komitəsinin 2026-cı il yaz sessiyası üçün iş planına daxil edilib.

Eyni zamanda, iş planında "Böyük Qayıdış və reinteqrasiya" ilə bağlı ictimai dinləmənin keçirilməsi də yer alıb.

Bundan əlavə, "Yeni dünya düzəni və mövcud qlobal geosiyasi proseslər fonunda insan hüquqları: çağırışlar və yeni baxışlar", "Milli-mənəvi dəyərlərin və ailə institutunun informasiya-kommunikasiya məkanında müdafiəsi" mövzularında dəyirmi masanın təşkili nəzərdə tutulur.

Həmçinin, rəqəmsal suverenliyin qorunması, dezinformasiyaya, deepfake və manipulyasiya texnologiyalarına qarşı hüquqi və institusional mexanizmlərin gücləndirilməsi sahəsində icmalların hazırlanması, uşaq və yeniyetmələrin sosial media asılılığının qarşısının alınması yollarına dair ekspert müzakirələrinin keçirilməsi də planlaşdırılır.

Chosen
62
9
sia.az

10Sources