EN

KİV: Rusiya atom elektrik stansiyalarında işləmək adı altında insanları cəbhəyə cəlb edir

Rusiyanın onlayn işə qəbul platformalarında faktiki olaraq mövcud olmayan “Luqansk” atom elektrik stansiyası ilə bağlı saxta vakansiya elanları yayılır.

APA xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb.

Məlumata görə, elanlarda insanlara yüksək maaş və təhlükəsiz iş şəraiti vəd edilir. Lakin işə cəlb olunan şəxslər sonradan cəbhə bölgələrinə göndərilirlər.

Bildirilir ki, Rusiya nəzarətində olan Ukrayna ərazilərində hərbi qüvvələrin sayını artırmaq məqsədilə aldadıcı işə cəlbetmə üsullarından istifadə edir. Bu çərçivədə internet resurslarında əslində mövcud olmayan atom elektrik stansiyasında “mühafizəçi” vəzifəsi ilə bağlı vakansiya elanları yerləşdirilir.

Qeyd olunur ki, bu elanlar mümkün qədər geniş auditoriyanı əhatə edəcək şəkildə hazırlanır. Vakansiyalarda işin tələbələr, 45 yaşdan yuxarı şəxslər, eləcə də sağlamlıq problemləri olan insanlar üçün də uyğun olduğu xüsusi vurğulanır.

Chosen
27
3
apa.az

4Sources