Milli Məclisdə “Böyük Qayıdış və reinteqrasiya” ilə bağlı dinləmələr keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı parlamentin İnsan hüquqları komitəsinin 2026-cı il yaz sessiyası üçün iş planına daxil edilib.
İş planında həmçinin qeyd edilib ki, “Azərbaycan dili-milli suverenlik və insan hüquqlarının ayrılmaz tərkib hissəsi kimi - xarici dövlətlərdə Azərbaycan dilinin vəziyyətinə dair” ictimai dinləmənin keçirilməsi də nəzərdə tutulur.
Bundan əlavə, İnsan hüquqları komitəsinin iş planında “Yeni dünya düzəni və mövcud qlobal geosiyasi proseslər fonunda insan hüquqları: çağırışlar və yeni baxışlar” mövzusunda, rəqəmsal suverenliyin qorunması, dezinformasiyaya, deepfake və manipulyasiya texnologiyalarına qarşı hüquqi və institusional mexanizmlərin gücləndirilməsi sahəsində icmalların hazırlanması, “Milli-mənəvi dəyərlərin və ailə institutunun informasiya-kommunikasiya məkanında müdafiəsi” mövzusunda dəyirmi masanın təşkili, uşaq və yeniyetmələrin sosial media asılılığının qarşısının alınması yollarına dair ekspert müzakirələrinin təşkili də var.