EN

Bakıda “Nar Naxışı” festivalı keçiriləcək

BAKI,TurkicWorld

Azərbaycanda istehsal olunan məhsulların tanıdılması məqsədi ilə Bakıda “Nar Naxışı” festivalı keçiriləcək.

TurkicWorld xəbər verir ki, tədbir 25 yanvar 2026-cı il tarixində “Hyatt Regency Baku” hotelində “ShoppingAZ” platformasının təşkilatçılığı, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçiriləcək.

Festivalın rəsmi açılış mərasimi saat 14:00-da diplomatik korpus təmsilçilərinin, dövlət qurumlarının, aidiyyəti təşkilatların nümayəndələrinin və biznes ictimaiyyətinin iştirakı ilə baş tutacaq.

Azərbaycan sahibkarları tədbirdə iştiraka dəvət olunurlar.

Chosen
27
2
turkic.world

3Sources