EN

Keçmiş bizneslər Taylorizm lə idarə olunurdu

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İş proseslərinin idarə olunması hər dövrdə biznesin əsas məsələlərindən biri olub. Xüsusilə sənayeləşmənin sürətləndiyi XX əsrin əvvəllərində məhsuldarlığın artırılması və xərclərin azaldılması əsas prioritetə çevrildi. Məhz bu dövrdə Taylorizm adlı idarəetmə yanaşması formalaşdı və uzun illər biznes dünyasında dominant mövqe tutdu.Taylorizm amerikalı mühəndis Frederick Taylor tərəfindən irəli sürülmüş elmi idarəetmə nəzəriyyəsidir.Valyuta.az xəbər verir ki, bu yanaşmanın əsas məqsədi iş proseslərini ölçmək, analiz etmək və hər tapşırıq üçün ən sürətli, ən effektiv icra üsulunu müəyyənləşdirmək idi.Taylorun fikrincə, işin necə görülməsi fərdi yanaşmaya buraxılmamalı, elmi əsaslarla əvvəlcədən müəyyən edilməlidir. İşçilər bacarıqlarına uyğun şəkildə bölüşdürülməli, performansları daim nəzarətdə saxlanmalı, planlama və düşünmə menecerlərin, icra isə işçilərin vəzifəsi olmalıdır. Bu modeldə məhsuldarlıq əsas göstərici sayılırdı və işçilərin motivasiyası əsasən maddi maraqlarla əlaqələndirilirdi.Taylorizm ilk dövrlərdə real nəticələr verdi. İstehsal xərcləri azaldı, iş prosesləri sürətləndi, kütləvi istehsal daha səmərəli hala gəldi. Xüsusilə zavod və fabriklərdə bu yanaşma geniş tətbiq olundu və uzun müddət uğurlu model kimi qəbul edildi.Lakin zaman keçdikcə Taylorizmin ciddi çatışmazlıqları üzə çıxdı. Əsas tənqidlərdən biri bu yanaşmanın insan faktorunu arxa plana keçirməsi oldu. İşçilər fərdi düşüncəyə və təşəbbüsə malik insanlar yox, sadəcə prosesin bir hissəsi kimi qəbul edilirdi. Bu isə iş məmnuniyyətinin azalmasına, motivasiya itkisinə və emosional tükənməyə səbəb olurdu.Digər mühüm problem Taylorizmin avtonomiyanı məhdudlaşdırması idi. İşçilərin qərarvermə prosesində iştirak etməməsi yaradıcılığı və innovasiyanı boğurdu. Halbuki müasir biznes mühitində məhz yeni ideyalar və çevik düşüncə əsas rəqabət üstünlüyü sayılır.Taylorizm həm də işçi motivasiyasını sadələşdirilmiş formada izah edirdi. Pul mühüm amil olsa da, insanların işdən məmnun qalması üçün təkcə maddi stimullar kifayət etmir. Dəyər görmək, inkişaf etmək, məsuliyyət daşımaq və faydalı olmaq hissi də mühüm rol oynayır.Bu gün mütəxəssislər hesab edirlər ki, Taylorizmin bəzi elementləri - məsələn, standart prosedurlar və performans ölçüləri hələ də faydalıdır. Lakin bu yanaşmanın tam və sərt tətbiqi müasir iş mühitinə uyğun deyil. Xüsusilə yaradıcılıq, texnologiya, analitika və bilik əsaslı sahələrdə işi mexaniki ölçülərlə qiymətləndirmək mümkün deyil.Müasir şirkətlər getdikcə daha çox insan mərkəzli idarəetmə modellərinə üstünlük verirlər. Bu modellər səmərəliliyi qorumaqla yanaşı, işçilərin rifahını, motivasiyasını və yaradıcılığını da ön plana çıxarır.Nəticə etibarilə, taylorizm öz dövrü üçün inqilabi yanaşma olsa da, bu günün mürəkkəb və dinamik iş mühitində təkbaşına kifayət etmir. Davamlı uğur əldə etmək istəyən bizneslər üçün əsas məsələ səmərəliliklə insan faktorunun balansını düzgün qurmaqdır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
4
demokrat.az

1Sources