EN

Bu gün Misli Premyer Liqasında ilin ilk oyunları keçiriləcək

Bakı, 23 yanvar, AZƏRTAC

Bu gün Misli Premyer Liqasında 2026-cı ilin ilk görüşləri keçiriləcək.

AZƏRTAC xəbər verir ki, XVII turun açılış matçında "Araz-Naxçıvan" Quba Olimpiya İdman Kompleksinin stadionunda "İmişli" ilə qarşılaşacaq. Oyun saat 14:30-da başlayacaq. Hazırda Naxçıvan klubu turnir cədvəlində 26 xalla 6-cı, 7 xala malik "İmişli" isə 9-cudur.

"Neftçi" isə “Palms Sports Arena”da "Zirə"ni qəbul edəcək. Matç saat 19:00-da start götürəcək.“Ağ-qaralar” 20 xalla 8-ci, "qartallar" 28 xalla 3-cü pillədə yer alıb.

Qeyd edək ki, turun digər oyunları yanvarın 24-25-də keçiriləcək.

 

Chosen
31
1
azertag.az

2Sources