EN

Məktəblərdə qış tətili başlayır

Məktəblilərin qış tətili başlayır.

 2026-cı ildə Azərbaycanda ümumtəhsil məktəblərində qış tətili ənənəvi təqvimə uyğun olaraq yanvarın 27-dən 31-dək davam edəcək. Tətil 5 gün davam edəcək.

Şagirdlər ikinci yarımildə dərslərə fevralın 2-dən etibarən qayıdacaqlar. Bunun səbəbi fevralın 1-nin bazar gününə təsadüf etməsidir. Beləliklə, tədris prosesi fasiləsiz və təqvimə uyğun şəkildə bərpa olunacaq.

Qeyd edək ki, qış tətilinin müddəti və tarixləri Nazirlər Kabinetinin müvafiq qərarı əsasında müəyyən edilib. Müəllimlər və məktəblərin inzibati heyəti üçün isə sözügedən günlər adi iş günü sayılır və onlar pedaqoji, metodiki və təşkilati fəaliyyətlərini davam etdirirlər.
Chosen
43
7
7news.az

10Sources