EN

Davos görüşləri: Azərbaycan üçün yeni maliyyə və infrastruktur imkanları açılır

ain.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Prezident İlham Əliyevin Davosda Avropa Yenidəndurma və İnkişaf Bankı rəhbərliyi ilə keçirdiyi görüş enerji, su infrastrukturu və regional layihələr üzrə əməkdaşlığın genişləndirilməsi baxımından diqqət çəkir. Müzakirələr fonunda AYİB-Azərbaycan əməkdaşlığında yeni maliyyə alətlərinin və iri infrastruktur təşəbbüslərinin gündəmə gələcəyi gözlənilir. Bu prosesin regionda enerji təhlükəsizliyinə, su idarəçiliyinə və nəqliyyat-logistika əlaqələrinə təsiri əsas müzakirə mövzusudur.

Mövzuyla bağlı Bakıvaxtı.az-a açıqlama verən deputat Vüqar Bayramov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Davosda keçirdiyi görüşlərdə Azərbaycanla aparıcı beynəlxalq maliyyə qurumları, eləcə də şirkətlər arasında münasibətlərin daha da genişləndirilməsi məsələləri müzakirə olunub.

Vüqar Bayramov: AYİB-lə əməkdaşlığın gücləndirilməsi priiritetdir

Deputatın sözlərinə görə, bu görüşlər əsasən qarşı tərəfin xahişi və təşəbbüsü ilə baş tutub. Bu fakt Azərbaycan iqtisadiyyatına, eləcə də cənab Prezidentin nüfuzuna və liderlik qabiliyyətinə olan yüksək diqqətin göstəricisi kimi dəyərləndirilməlidir:

“Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığın gücləndirilməsi də prioritet istiqamətlər sırasındadır. Bu çərçivədə, xüsusilə yaşıl enerjiyə keçidin dəstəklənməsi, infrastruktur layihələri, o cümlədən kiçik və orta sahibkarlığın daha yaxından dəstəklənməsi ilə bağlı layihələrin reallaşdırılması mümkündür. Nəzərə alsaq ki, Azərbaycan artıq Avropa Yenidənqurma və İnkişaf Bankı və İBRD ilə əməkdaşlıq edir, Davosda keçirilən görüşlərdən sonra bu əlaqələrin daha da genişlənəcəyi gözlənilir”.

Vüqar Bayramovun fikrincə bu, tərəflər arasında qarşılıqlı əməkdaşlığın artmasına, Avropa Yenidənqurma və İnkişaf Bankı vasitəsilə Azərbaycanda daha çox layihənin maliyyələşdirilməsinə imkan yaradacaq.

Zeynəb Rzayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
15
bakivaxti.az

1Sources