EN

Göygöldə adam bıçaqladı, Daşkəsəndən qohumu ilə birgə mal qara oğurladı Məhkəmə işi

ain.az bildirir, Oxu.az portalına istinadən.

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurma, qanunsuz silah gəzdirmə, oğurluq əməllərində təqsirləndirilən Ramiz Budaqov və onun qohumu, oğurluqda ittiham olunan Səlim Əkbərzadənin (ad-soyadlar şərtidir - red.) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Oxu.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü R.Budaqov 4 il 11 ay 28 gün müddətə həbs edilib, S.Əkbərzadə isə 1 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. İstintaq müddətində azadlıqda olan Budaqov dərhal məhkəmə zalında qandallanıb.

İstintaq materiallarına əsasən, R.Budaqov tanışı, zərərçəkmiş İntiqam Kərimovun (ad-soyad şərtidir - red.) sağlamlığına qəsdən ağır zərər vurmaqda, qanunsuz şəkildə soyuq silah əldə edib üzərində gəzdirməkdə, qrup halında təkrarən özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla oğurlamaqda ittiham olunur.

Məlumata görə, hadisə 31 may 2023-cü il tarixdə Göygöl rayonu, Bəhrəmbağ kəndinin inzibati ərazisində yerləşən çayxanada baş verib. Ramiz gecə saat saatlarında sərxoş vəziyyətdə həmin çayxanada əvvəldən tanıdığı Kərimovla aralarında yaranmış sözlü mübahisə zamanı sonuncunun ünvanına nalayiq ifadələr işlədib.

Daha sonra onlar mübahisəni təklikdə aydınlaşdırmaq üçün Bəhrəmbağ kənd orta məktəbinin yaxınlığında görüşüblər.

Bu zaman aralarında yenidən mübahisə yaranıb, Ramiz İntiqama yumruq və təpik zərbələri endirib, onun göz nahiyəsinə xəsarət yetirib.

Bununla kifayətlənməyən Ramiz üzərində gəzdirdiyi mətbəx bıçağı ilə İbrahimin qarın nahiyəsinə bir dəfə zərbə vurub.

Ekspertiza bu xəsarətləri sağlamlığa ağır zərər vurma kimi qiymətləndirib.

İstintaqla həmçinin müəyyən edilib ki, Ramiz naməlum vaxtda və naməlum mənbədən zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilən ov bıçağını qanunsuz olaraq əldə edərək 31 may 2023-cü il tarixədək üzərində gəzdirib. Həmin tarixdə saat 12 radələrində Göygöl Rayon Polis Şöbəsinin inzibati binasında istintaq qrupunun baş müstəntiqi tərəfindən sözügedən soyuq silah götürülüb.

Bundan başqa, Ramiz qohumu olan digər təqsirləndirilən şəxs - Səlim Əkbərzadə ilə qabaqcadan əlbir olaraq, özgənin əmlakını oğurlamaq məqsədilə bir neçə epizod üzrə cinayət əməlləri törədib. Belə ki, onlar 6 iyul 2023-cü il tarixdə Daşkəsən rayonu ərazisində otlaq sahəsində nəzarətsiz qalan iki baş iribuynuzlu heyvanı oğurlayaraq, Bərdə rayonunda heyvan satışı bazarında satıblar. Nəticədə zərərçəkmiş şəxslərə ümumilikdə 2 700 manat maddi ziyan vurulub.

İstintaq materiallarına görə, həmin şəxslər 27 iyul 2023-cü il tarixdə təkrarən Daşkəsən rayonu, Təzəkənd kəndi ərazisindən 10 baş iribuynuzlu heyvanı oğurlayaraq Bərdəyə gətirib orada satıblar. Həmin heyvanların ümumi dəyəri 21 485 manat müəyyən edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
24
2
oxu.az

3Sources