EN

Qızılın qiyməti tarixi maksimumu yeniləyib

ABŞ-nin “Comex” əmtəə birjasında 2026-cı ilin fevral ayı üzrə qızıl fyuçersinin qiyməti tarixdə ilk dəfə bir troya unsiyası üçün 4 950 dollar həddini aşıb.

Bakı vaxtı ilə saat 10:15-ə olan məlumata görə, qiymətli metalın qiyməti 0,94% artaraq bir unsiya üçün 4 959,7 dollar təşkil edib.

“Bloomberg” yazır ki, ABŞ prezidenti Donald Trampın FED-ə qarşı yenidən səsləndirdiyi tənqidlər, Venesuelaya hərbi müdaxilə və Qrenlandiyanın anneksiyası ilə bağlı təhdidlər investorların davranışına əlavə impuls verib. Nəticədə investorlar istiqrazlar və valyutalardan imtina edərək alternativ “təhlükəsiz limanlara”, o cümlədən qiymətli metallara üstünlük verməyə başlayıblar.

“Goldman Sachs Group” 2026-cı ilin sonu üçün qızıl üzrə qiymət proqnozunu bir unsiya üçün 5 400 dollara yüksəldib. Əvvəlki proqnoz 4 900 dollar idi.

Yanvarın 23-də isə “Comex”də 2026-cı ilin mart ayı üzrə gümüş fyuçersinin qiyməti də tarixi maksimumu yeniləyib. Bakı vaxtı ilə saat 6:46-da qiymətli metalın qiyməti 7,08% artaraq bir troya unsiyası üçün 99,2 dollara çatıb.

Chosen
46
banker.az

1Sources