“Dünya çaşqın təlxəklərdən bezib, cənab Zelenski. Xaricdən dəstək alan və muzdlularla dolu ordunuzdan fərqli olaraq, biz iranlılar özümüzü necə müdafiə edəcəyimizi bilirik və xaricilərdən kömək istəməyə ehtiyac duymuruq.” O əlavə edib ki, Zelenskinin “korrupsioner generallarının ciblərini doldurmaq üçün Amerika və Avropa vergi ödəyicilərini aldatdığı” və buna cavab olaraq İranın “BMT Nizamnaməsini pozan qanunsuz təcavüzə” qarşı durduğu qeyd olunub.