EN

Adnan Oktarın "varisi" həbs edildi – VİDEO

Adnan Oktarın “varisi” hesab olunan və axtarışda olan Serdar Dayanık həbs edilib.

Bizim.Media xəbər verir ki, Adnan Oktar cinayət təşkilatının əsas simalarından olan Serdar Dayanık ölkədən qeyri-qanuni qaçmağa cəhd edərkən Muğlanın Bodrum şəhərində Muğla Polis İdarəsi qrupları tərəfindən saxlanılıb.

Onun İstanbula aparılacağı gözlənilir. Dayanık "ağır cinsi təcavüz" ittihamı ilə 22 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

O, polis bölməsindən sonra məhkəməyə aparılacaq.


Bizim.Media

Chosen
120
1
bizim.media

2Sources